Ukraynanın HHM-i Rusiyanın güclənən hücumlarına qarşı gücünü itirir

2025/05/1748499286.jpg
Oxunub: 561     15:55     29 May 2025    
Ukrayna ərazisində gecə saatlarında hava hücumlarının artması ölkənin hava hücumundan müdafiəsini çətin vəziyyətə salır.

Ordu.az xəbər verir ki, son günlər bir sıra “Şahed” pilotsuz uçuş aparatı hücumları bir çox şəhərlərdə, xüsusən Pavlohrad, Odessa, Dnepr və Kiyevdə davamlı hava siqnallarına və sursatların tükənməsinə səbəb olub.

Ukrayna xüsusilə “Patriot”, IRIS-T və SAMP/T kimi uzun mənzilli sistemlər üçün əhəmiyyətli döyüş sursatı çatışmazlığı yaşayır.

““Le Monde” nəşrinə danışan mənbələrə görə, Ukrayna il yarımdır ki, SAMP/T sistemləri üçün raket almır və onun qısa mənzilli “Crotale” sistemləri də praktiki olaraq işləmir.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat vəziyyəti belə şərh edib: “Raket ehtiyatımız tükənmək üzrədir”.

Hətta Kiyev ətrafında yerləşdirilən “Patriot” sistemləri də ballistik raketlərdən 100 faiz müdafiə etməkdən uzaqdır. Rusiyanın “İsgəndər” kimi ballistik raketləri hədəfə yaxınlaşarkən, manevr edərək və saxta hədəflər buraxaraq, “Patriot” sistemlərini çaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HHM   Rusiya  


Bizi "telegram"da izləyin