Ordu.az xəbər verir ki, bu qərarın ölkənin uzun mənzilli raket istehsalına əhəmiyyətli təkan verəcəyi gözlənilir.
Mayın əvvəlində keçirilən Ali Baş Komandanlıq Şurasının iclasında Zelenski ballistik raketlərin hazırlanması işinin maksimum sürətlə davam etdirilməsini istəyib.
O vaxtdan Nazirlər Kabineti səviyyəsində əlavə büdcələr təsdiqlənib və proses sürətləndirilib.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı hücuma başlamazdan əvvəl Ukrayna raket sənayesinə yüz milyonlarla qrivna ayırmışdı. Bu maliyyələşdirmə yerli istehsal operativ-taktiki raket sistemi (OTRS) olan “Sapsan” (və ya “Hrom-2”) layihəsini həyata keçirmək məqsədi daşıyırdı.
Sözügedən sistem üçün iki fərqli raket növü üzərində işləndiyi məlumdur:
900 mm çaplı və 500 km mənzilli versiya (daxili istifadə üçün)
600 mm çaplı və 280 km mənzilli versiya (ixrac potensialı ilə)
2024-cü ilin avqustunda Zelenski Ukraynanın ilk yerli ballistik raketinin uğurlu sınağını elan edib. Texniki detallar ictimaiyyətə açıqlanmasa da, bu raket “Sapsan/Hrom-2” layihəsinin nəticəsi hesab edilir.
Sevinc Əliyeva
Ordu.az