Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Uqanda Müdafiə Nazirliyinin ictimai informasiya direktorunun müavini Kris Maqezi “X” vasitəsilə verdiyi açıqlamada bu qərarın Almaniyanın Kampaladakı səfiri Mattias Şauerin ölkədəki fəaliyyəti ilə bağlı etibarlı kəşfiyyat hesabatlarına uyğun olaraq qəbul edildiyini bildirib.
Hesabatlara əsasən, Şauerin Uqanda hökumətinə qarşı fəaliyyət göstərən qeyri-rəsmi siyasi-hərbi qruplarla təmasda olduğu ortaya çıxıb. Maqezi bildirib ki, Şauerin bu qruplarla əlaqəsinə dair vəziyyət tam aydınlaşana qədər qəbul edilən qərar qüvvədə qalacaq.
Sevinc Əliyeva
Ordu.az