Ordu.az xəbər verir ki, Polşa ordusu “Gladius” kəşfiyyat və hücum sistemini dəniz hədəflərində sınaqdan keçirib və sınaqların tam dəqiqliklə aparıldığını açıqlayıb.
Ordunun məlumatına görə, buraxılışlar sistemin uzaq məsafədən dəniz hədəflərini vurmaq qabiliyyətini təsdiqləyib.
Ordu tərəfindən verilən açıqlamada qeyd olunub: “Buraxılışlar tam uğurla keçdi. Sistem hədəfi cərrahi dəqiqliklə vurdu”.
“Gladius” kəşfiyyat və hücum sistemi pilotsuz uçuş aparatları, mobil özüyeriyən buraxılış qurğusu və komanda maşınından ibarətdir.
2022-ci ildə Polşa Silahlanma Agentliyi və “WB Electronics” hər diviziya artilleriya alayı üçün 1 ədəd olmaqla, 4 “BSP-U Gladius” batareya modulunun tədarükü ilə bağlı təxminən 500 milyon dollar dəyərində müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az