Ordu.az xəbər verir ki, “Caracal” avtomobilləri “Mercedes-Benz G-Class 464” şassisi üzərində qurulub, “Rheinmetall”, “Mercedes-Benz” və “Armoured Car Systems” (ACS) arasında tərəfdaşlıq əsasında hazırlanıb.
Modul dizaynı sayəsində bu avtomobillər müxtəlif silah sistemləri ilə təchiz oluna və istəyə bağlı olaraq ballistik müdafiə təklif edə bilər.
Ukrayna 2024-cü ilin əvvəlində 5 ədəd təhvil alaraq, “Caracal” avtomobillərinin ilk operativ istifadəçisi olacaq. Almaniya hökuməti tərəfindən maliyyələşdirilən ikinci sifariş daha 20 avtomobil təmin edib.
Almaniya, həmçinin “Diehl Defence” tərəfindən hazırlanan və eyni “G-Class” platformasında qurulmuş KDV sistemlərini Ukraynaya çatdırdıb.
Sevinc Əliyeva
Ordu.az