Qəzza Humanitar Yardım Fondu bölgəyə yardım çatdırmağa başlayacaq

2025/05/1748240653.jpg
Oxunub: 567     10:18     26 May 2025    
ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Yardım Fondu (GHF) mayın 26-da Fələstin anklavına yardım çatdırmağa başlayacaq və həftə sonuna qədər 1 milyon insanı əhatə etməyi planlaşdırır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

"Yük maşınlarımız yüklənib və göndərilməyə hazırdır. Mayın 26-dan başlayaraq GHF Qəzzaya birbaşa yardımın çatdırılmasına başlayacaq ki, bu da həftənin sonuna qədər 1 milyondan çox fələstinlini əhatə edəcək. Biz növbəti həftələrdə Qəzzanın bütün əhalisinə yardım göstərməyə başlamaq üçün fəaliyyətimizi sürətlə genişləndirməyi planlaşdırırıq", - GHF öz bəyanatında qeyd edib.

Həmçinin fond onun yaradılmasına qarşı çıxanları tənqid edərək, onları həll olunmayan problemlərin yaradıcı həllinə mane olmaqda ittiham edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Humanitar-Yardım  


Bizi "telegram"da izləyin