Hakan Fidan Moskvada Lavrovla görüşəcək

2025/05/1748235802.jpg
Oxunub: 419     02:53     26 May 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə 25–27 may tarixlərində Moskvaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazirlərin ikitərəfli münasibətlər və beynəlxalq gündəmin aktual məsələləri üzrə geniş formatda danışıqlar aparması planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Moskva   Lavrov  


Bizi "telegram"da izləyin