Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib

2024/10/1729659750.jpg
Oxunub: 455     23:02     25 May 2025    
HAMAS və İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı aparılan dolayı danışıqlar dalana dirənib.

Ordu.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Madriddə keçirilən və Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş nazirlər toplantısında çıxışı zamanı deyib.

“Biz münaqişənin həlli üçün müxtəlif yaradıcı yanaşmalar axtarırıq, lakin indiyə qədər heç biri nəticə verməyib”, – hökumət başçısı vurğulayıb.

Əl Taninin sözlərinə görə, İsrail Qəzzaya humanitar yardımın çatdırılması məsələsini danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir:

“Misirlə birlikdə vasitəçilik səyləri çərçivəsində biz atəşkəsə dair danışıqlar aparılan dövrdə Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çalışdıq. Təəssüf ki, İsrail humanitar yardımı bu danışıqlarda təzyiq alətinə çevirib”, – deyə Qətər Baş naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAMAS   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin