Tramp ABŞ DİN başçısını Vaşinqtonda diplomatların öldürülməsindən sonra İsrailə göndərir

2025/05/1747677403.jpg
Oxunub: 457     22:59     25 May 2025    
Amerika daxili təhlükəsizlik naziri Kristi Noem İsrail səfirliyinin iki əməkdaşının ABŞ paytaxtında öldürülməsindən sonra bazar günü yəhudi dövlətinə yollanır.

Ordu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Vaşinqtonda baş vermiş son terror aktından sonra Prezident Donald Tramp daxili təhlükəsizlik naziri Kristi Noemə İsrailə getməyi xahiş edib. Səfər zamanı o, İsrailin baş naziri Binyamin Netanyahu və terrorizm qurbanları ilə görüşəcək", - Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib. Bazar ertəsi Noem İsrailin xarici işlər naziri Gideon Saar ilə görüş keçirəcək, bundan sonra o, Polşaya yollanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DİN   İsrail  


Bizi "telegram"da izləyin