İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib

2025/05/34-1748197050.jpg
Oxunub: 454     22:15     25 May 2025    
İspaniya hökuməti İsrailə silah satışına embarqo tətbiq edilməsinin tərəfdarıdır.

Ordu.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib.

“Hamı silah tədarükünə embarqo tətbiq etməlidir. İsrailə silah satışı qəbulolunmazdır”, – nazir qeyd edib.

Albarez Avropa İttifaqı ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılmasına da çağırıb.

O qeyd edib ki, bu addım Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə atılmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İsrail  


Bizi "telegram"da izləyin