Yaponiya qayığı Rusiyanın Kunaşir adası yaxınlığında xəbərdarlıq etmədən təlim atəşi açıb

2025/05/1748148933.jpg
Oxunub: 648     09:29     25 May 2025    
Yaponiyanın Sahil Mühafizəsinin patrul gəmisi naviqasiya xəbərdarlığı olmadan Yaponiyanın Hokkaydo adasının şərq sahillərində pulemyot təlim atışları keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "NHK" agentliyi xəbər verib.

Məlumata əsasən, mayın 23-də səhər saatlarında "Kavaqiri" patrul gəmisi Şiretoko burnundan təxminən 18 km şimal-şərqdə 13 mm-lik pulemyotla atəş açma təlimi keçirdi. Qayıqda olanlar digər gəmilər üçün naviqasiya xəbərdarlığının olmadığını görəndə təlim dayandırılıb.

“Yomiuri” qəzeti qeyd edib ki, atışma yerinin şərqində Rusiyanın Saxalin vilayətinə daxil olan Böyük Kuril adalarının ən cənub adası olan Kunaşir adası yerləşir.

Sahil Mühafizəsi təlimlər zamanı "Kavaqiri" yaxınlığından bir dənə də olsun gəminin keçmədiyini vurğulayıb və gələcəkdə oxşar pozuntuların qarşısını almaq üçün əlavə təlimatlandırma keçirəcəklərini deyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin