Cənubi Koreya Çinin Sarı dənizdəki fəaliyyətindən narahatdır

2025/05/1748147928.jpg
Oxunub: 1145     02:09     25 May 2025    
Koreya hökuməti Çinin Sarı dənizdə iki ölkənin iqtisadi zonalarının kəsişdiyi ərazidən gəmilərin keçməsini qadağan etmək qərarından narahatdır.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

"Keçid tədbirləri zonası" daxilində gəmisiz ərazinin təyin edilməsi narahatlıq doğurur. Çünki bu, naviqasiya azadlığına lazımsız məhdudiyyətlər qoyur", - Seuldan bildirilib.

Cənubi Koreya diplomatik kanallar vasitəsilə öz mövqeyini Pekinə çatdırıb. Agentlik iddia edir ki, Koreya hakimiyyət orqanları bu cür hərəkətlərin beynəlxalq dəniz hüququ normalarını pozub-pozmadığını yoxlamaq niyyətindədir.

Qeyd edək ki, mayın 21-də “Newsweek” jurnalı Çinin gəmiçilik təhlükəsizliyi agentliyinin regional idarəsinin səbəb göstərmədən mayın 27-də yerli vaxtla saat 08:00-dan 20:00-a kimi iki ölkənin eksklüziv iqtisadi zonalarının kəsişdiyi xüsusi “keçid tədbirləri zonası”nda gəmilərin keçidinə qadağa qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Çin  


Bizi "telegram"da izləyin