Daniel Noboa ikinci müddətə Ekvadorun prezidenti kimi and içib

2025/05/1748147697.jpg
Oxunub: 525     00:17     25 May 2025    
Ekvadorun yeni seçilən prezidenti Daniel Noboa dövlət başçısı kimi and içib.

Ordu.az xəbər verir ki, yeni vitse-prezident Mariya Xose Pinto da bununla ikinci prezidentlik dönəmi olan Noboa ilə birlikdə and içib.

İnauqurasiyada Peru prezidenti Dina Boluarte və onun kolumbiyalı həmkarı Qustavo Petro da iştirak ediblər.

Qeyd edək ki, aprelin 13-də Ekvadorda prezident seçkilərinin ikinci turu keçirilib, və Milli Seçki Şurası hazırkı dövlət başçısı Daniel Noboanı qalib elan edib.

Protokolların 99,47%-i işləndikdən sonra dərc olunan məlumatlara görə, seçicilərin 55,60%-i Noboaya, 44,40%-i isə rəqibi Luisa Qonzalesə səs verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Noboa   Ekvador  


Bizi "telegram"da izləyin