Britaniya XİN başçısı: "Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil"

2025/02/1738747529.jpg
Oxunub: 588     19:04     24 May 2025    
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ötən gecə Kiyevin kütləvi atəşə tutulmasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Dünən gecə Rusiya 14 raket və yüzlərlə pilotsuz təyyarə ilə Ukraynaya hücum etdi. Ukraynanın dinc sakinləri üçün daha bir terror gecəsi, daha çox yaralılar və dağılan evlər. Bu, sülh istəyən ölkənin hərəkəti deyil", - Lemmi bildirib.

Qeyd edək ki, mayın 24-ü gecədən səhərə kimi Ukrayna 250-dən çox “Şahed” kamikadze pilotsuz uçuş aparatı və 15 ballistik raketdən istifadə olunmaqla kütləvi hava zərbələrinə məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   XİN  


Bizi "telegram"da izləyin