Hindistan və Almaniyadan birgə sursat istehsalı üçün razılaşma

2025/05/1748096939.jpg
Oxunub: 122     16:28     24 May 2025    
Hindistanın “Reliance Defence” və Almaniyanın “Rheinmetall” şirkətləri geniş miqyaslı sursat istehsalı sahəsində əməkdaşlıq etmək məqsədilə bir niyyət protokolu imzalayıb.

Ordu.az tərəflərin verdiyi məlumata istinadən xəbər verir ki, “Reliance”ın ildə 200.000 top mərmisi, 10.000 ton partlayıcı və 2.000 ton yanıcı doldurucu maddə istehsal edəcəyi gözlənilən müəssisəsi hind müdafiə şirkətinin razılaşma çərçivəsində “Rheinmetall”a orta və böyük kalibrli sursat üçün partlayıcı və yanıcı doldurucu maddə tədarük etməsinə imkan verəcək.

Alman müdafiə mənbələrinə görə, bu razılaşma xüsusilə “Rheinmetall”ın təchizat zənciri təhlükəsizliyinin artırılması və vacib xammallara çıxış imkanının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həmçinin, Yeni Dehlinin “Make in India” təşəbbüsünə töhfə verəcək, 5 milyard dollarlıq müdafiə ixracatı hədəfinə çatacaq və ölkənin silahlı qüvvələrinə təchizat təmin edəcək.

“Rheinmetall” baş direktoru Armin Papperger isə belə bir açıqlama verib: “Rheinmetall”in Anil Ambaninin “Reliance Group”unun liderliyindəki “Reliance Defence” ilə olan bu Strateji Tərəfdaşlığı, Baş nazir Modinin güclü liderliyi altında Hindistanla tərəfdaşlıq qurmaq mövzusunda qətiyyətimizi göstərir”.

Almaniya-Hindistan müdafiə əlaqələri

Hindistan Hərbi Dəniz Qüvvələrinin sabiq komandiri Arun Prakaşın məlumatına görə, daha əvvəl Almaniya və Hindistan arasındakı müdafiə tərəfdaşlıqları minimal səviyyədə idi, çünki iki ölkə arasında “çox az ortaq nöqtə var idi”.

Lakin Rusiyanın 2022-ci ildə Ukraynada başlatdığı müharibə və Çinin Hind-Sakit okean regionunda artan iddiaları Berlin və Yeni Dehlini bir-birinə daha da yaxınlaşdırıb.

NATO üzvü Almaniya Hindistanın rus silahlarından asılılığını azaltmaq və müdafiə tərəfdaşlıqlarını şaxələndirmə planlarını dəstəkləmək məqsədilə Cənubi Asiya nəhəngini “Eurodrone” proqramına müşahidəçi olaraq dəvət etmək də daxil olmaqla Hindistanı bir çox müdafiə fəaliyyətinə cəlb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Almaniya  


Bizi "telegram"da izləyin