ABŞ Polşaya təxmini 180 milyon dollar dəyərində dəqiq idarə olunan bomba satışı üçün razılıq verib

2025/05/1748078738.jpg
Oxunub: 662     09:51     26 May 2025    
ABŞ Dövlət Departamenti Polşaya təxmini 180 milyon dollar dəyərində dəqiq idarə olunan bomba satışı üçün razılıq verib.

Ordu.az xəbər verir ki, Polşa ABŞ-dən 1.400 ədəd “GBU-39/B Small Diameter Bomb” (SDB-I), dörd ədəd GBU-39 (T-1)/B təlim məqsədli bomba, həmçinin taktiki təlim sursatları, komponentlər və digər əlaqəli logistika və dəstək vasitələri tələb etmişdi.

“Boeing” tərəfindən istehsal olunan bombaların Polşanın modernləşdirilmiş F-16V və F-35A döyüş təyyarələrinə inteqrasiya olunaraq havadan yerə hücum qabiliyyətlərini artıracağı və NATO-nun şərq cinahını gücləndirəcəyi gözlənilir.

Dəqiq sursat

GBU-39/B 74 kilometr məsafəyə qədər hədəfləri vura bilən, GPS/INS naviqasiyalı 250 kiloqramlıq (113 kq) dəqiq bir sursatdır.

Kompakt ölçüsü əlavə zərərləri azaldır və buraxıcı təyyarənin BRU-61/A ağıllı buraxıcı qurğusundan istifadə etməklə hər asqı nöqtəsində dördədək bomba daşımasına şərait yaradır. Bu da bir uçuşda daşına bilən bomba yükünü dörd dəfə artırır.

Təchizat çılğınlığı

NATO üzvü və Ukraynanın sadiq müttəfiqi olan Polşa müdafiə xərclərini 2026-cı ilə qədər ÜDM-in 4,7%-dən təxminən 5%-ə yüksəltməyi planlaşdırır.

Varşava 2025-ci ilin ilk yarısında ordusunu modernləşdirmək və Qərb müttəfiqləri ilə işləmə qabiliyyətini dərinləşdirməklə məşğul olub və ABŞ-dən təxminən 2 milyard dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemi, 1,33 milyard dollarlıq orta mənzilli havadan-havaya raket və 745 milyon dollarlıq anti-radiyasiya raketi alıb.

Bundan əlavə, ölkə digər bəzi müdafiə alışları ilə yanaşı 10.000 ədəd “Warmate” kamikadze PUA-sı, “Tarantula” pilotsuz quru sistemləri və “Borsuk” piyada döyüş maşınları da alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin