“CANiK” çempion yetişdirmə ənənəsini davam etdirir

2025/05/Ekran-1748078648.jpg
Oxunub: 125     15:51     24 May 2025    
“CANiK”in də daxil olduğu “Samsun Yurt Savunma” (SYS) Qrupu müdafiə sənayesində dünya səviyyəsində uğurunu idman atıcılığı sahəsində də göstərir.

Ordu.az xəbər verir ki, “CANiK Team” idmançıları beynəlxalq yarışlardakı uğurları ilə adından söz etdirməyə davam edir.

Məlumata görə, 9-11 may 2025 tarixlərində Serbiyada keçirilən “Serbian IDPA National Championship 2025”də “CANiK Team” atıcısı Alperen Kıvılcım üstün performansı ilə 2 nüfuzlu kateqoriyada birincilik əldə edərək böyük uğura imza atıb.

Kıvılcım “Carry Optics Division Champion” kateqoriyasında optik nişangahla yarışan bütün iştirakçılar arasında birinci olaraq “Carry Optics Division Champion” mükafatını qazanıb. Beynəlxalq iştirakçıların çox olduğu yarışda Serbiyadan kənar ölkələrdən gələn bütün iştirakçılar arasında ən yaxşı nəticəni göstərərək “High International” mükafatına da sahib olub. Beləliklə, qlobal miqyasda uğurlarına daha bir yenisini əlavə edən Kıvılcım Türkiyənin atıcılıq idmanındakı yüksəlişini də vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Müdafiə Tapançaları Assosiasiyası (IDPA) tərəfindən təşkil olunan nüfuzlu yarış dünyada 15-dən çox ölkədən atıcının iştirakı ilə keçirilib. “Tier 3” səviyyəsində təsnif edilən “Serbian IDPA National Championship” əhatəsi və beynəlxalq iştirakla regionun ən önəmli tədbirlərindən biridir. 232 iştirakçının başladığı və 210-nun tamamladığı bu çətin yarış atıcıların texniki bacarıqlarını, sürətlərini və strateji düşünmə qabiliyyətlərini sınaqdan keçirən bir platformadır.

“CANiK” idman atıcılığını dəstəkləmə missiyası çərçivəsində qurduğu “CANiK Team” vasitəsilə dünyada təşkil olunan yarışlarda Türk atıcılarının uğurlarını dəstəkləyir və artırmağa davam edir. Komandanın əldə etdiyi beynəlxalq nəticələr həm məhsullarının performansını, həm də Türk idmançılarının bacarığını nümayiş etdirir.

“CANiK Team”, Türkiyəni beynəlxalq arenada təmsil edərkən, “CANiK” markasının yenilikçi, güclü və etibarlı imicini də dəstəkləyir. “CANiK Team” idmançıları həm fərdi, həm də komanda nəticələri ilə dünya əhəmiyyətli atıcılıq yarışlarında mükafatlar qazanaraq önə çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   Türkiyə  


Bizi "telegram"da izləyin