ABŞ-dən Estoniyaya “Javelin” Raketləri: 296 milyon dollar

2025/05/1748075032.jpg
Oxunub: 590     15:22     24 May 2025    
ABŞ Dövlət Departamenti Estoniya Hökumətinə təxminən 296 milyon dollar dəyərində “Javelin” raketləri və avadanlıqlarının mümkün satışı üçün razılıq verib.

Ordu.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bu satış barədə bildirişi ABŞ Konqresinə təqdim etdiyini açıqlayıb.

Estoniya Hökuməti əvvəlcədən ABŞ Konqresinə 800 ədəd “FGM-148F Javelin” raketi (8 ədədi sınaq məqsədli) və 72 ədəd “Javelin Lightweight Command Launch Unit” (“LwCLU”) istədiyini bildirmişdi. Yeni bildirişdə isə ümumilikdə 84 ədəd “LwCLU” yer alıb.

Təlim simulyatorları və texniki dəstək də paketdə

Yeni bildirişə görə satışa “Javelin” raketləri, “LwCLU”lar, əsas təlim simulyatorları, raket simulyasiya sursatları, batareya soyutma qurğuları, ehtiyat hissələri, alət dəstləri, dəstək avadanlıqları, avadanlıq təlimi, ABŞ hökuməti və podratçı texniki dəstəyi, mühəndislik xidmətləri və logistika dəstək elementləri daxildir.

ABŞ Dövlət Departamenti bildirib: “Bu təklif olunan satış Avropada siyasi sabitlik və iqtisadi inkişaf baxımından önəmli güc olmağa davam edən NATO müttəfiqi Estoniyanın təhlükəsizliyini artıraraq ABŞ-nin xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək”. Satışın NATO ilə birlikdə işləmə qabiliyyətini artıracağı, Estoniyanın müdafiə qabiliyyətini inkişaf etdirəcəyi və gələcək təhdidlərə qarşı çəkindiriciliyi dəstəkləyəcəyi vurğulanıb.

Baş podratçılar: RTX və “Lockheed Martin”

Satışın baş podratçıları, Arizona ştatının Tukson şəhərində yerləşən “RTX Corporation” və Florida ştatının Orlando şəhərindəki “Lockheed Martin” şirkətlərinin birgə qurduğu “Javelin Joint Venture” olacaq.

Hazırda satışla bağlı hər hansı bir kompensasiya (offset) sazişi yoxdur. ABŞ Hökuməti bildirib: “Əgər belə bir saziş olarsa, bu məsələ alıcı ölkə və podratçı arasında aparılacaq danışıqlarla müəyyənləşdiriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Estoniya   Javelin  


Bizi "telegram"da izləyin