Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
İranın Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri ölkənin cənub-şərq və şərq sərhədlərində yerləşən hərbi hissələrə baş çəkərək, ordunun döyüş hazırlığının ən yüksək səviyyədə olduğunu açıqlayıb.
Baqiri verdiyi açıqlamada qeyd edib: “Silahlı qüvvələr bu gün müxtəlif Pilotsuz Uçuş Aparatları (PUA) və kiçik PUA-ların istehsalını davam etdirsə də, ordu hissələrimiz də döyüş hazırlığının ən yüksək səviyyəsinə çatıb”.
Baqiri jurnalistlərə açıqlamasında deyib ki, İran silahlı qüvvələri düşmənlə qarşıdurmaya hazırdır.
“Hər hansı bir təhlükəyə öz səviyyəsində cavab verəcəyik”, - deyə o xəbərdarlıq edib.
İranın yüksək səviyyəli generalı həmçinin iddia edib ki, İran region üçün davamlı təhlükəsizlik, sülh və əmin-amanlıq istəyir, lakin İsrail bu sabitliyi pozmağa hazırlaşır.
Sevinc Əliyeva
Ordu.az