Ordu.az xəbər verir ki, saziş mayın 19-22-də Əbu-Dabi Milli Sərgi Mərkəzində keçirilən “Make It in the Emirates” forumu çərçivəsində imzalanıb.
TRUST qabaqcıl avadanlıq, texnologiya və xidmətlər təqdim edərək, EDGE-nin müdafiə və milli təhlükəsizlik səylərində mühüm rol oynayır.
“ADG Mobility” qorumalı avtomobillərin, alt sistemlərin, komponentlərin dizaynı və istehsalında ixtisaslaşıb.
Anlaşma Memorandumu BƏƏ-də yerli istehsal olunacaq xüsusi avtomobil platformaları da daxil olmaqla, ixtisaslaşdırılmış quru sistemlərinin dizaynı, inkişafı və istehsalı üzərində birgə işləməyi nəzərdə turur.
2019-cu ilin sonlarında qurulan və o vaxtdan etibarən başgicəlləndirici sürətlə böyüyən BƏƏ şirkəti “EDGE Group” pilotsuz uçuş aparatı, dəqiq idarə olunan döyüş sursatı, kibertəhlükəsizlik və süni zəka kimi texnologiyalara diqqət yetirir.
Sevinc Əliyeva
Ordu.az