Ordu.az xəbər verir ki, mərasimi izləyən Şimali Koreya lideri Kim Çen In hadisəni “ciddi qəza, cinayət əməli” kimi qiymətləndirib.
Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA mayın 22-də elan edib ki, 5000 tonluq “Choe Hyon” sinfinə məxsus esminesin suya buraxılması komanda və əməliyyat səhvləri səbəbindən mayın 21-də uğursuz olub.
Kim Çen In hadisədən sonra verdiyi açıqlamada deyib: “Bu, tam diqqətsizlik, məsuliyyətsizlik və qeyri-elmi empirizmin nəticəsidir. Bu, qəbuledilməz dərəcədə ciddi qəza və cinayət hadisəsidir”.
O, həmçinin qeyd edib ki, esminesin təcili bərpasına ehtiyac adi texniki məsələ deyil, birbaşa dövlətin səlahiyyətinə aid olan siyasi məsələdir.
Sevinc Əliyeva
Ordu.az