"Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək" - Lavrov

2025/02/1740478465.jpg
Oxunub: 504     23:16     23 May 2025    
Rusiya dayanıqlı, uzunmüddətli, hərtərəfli nizamlanma sazişinə nail olmaq üçün şərtləri müəyyən edəcək memorandum layihəsi hazırlayır.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərin mübadiləsindən sonra mətni təqdim etməyə hazır olacaq.

“Hərbi əsirlərin mübadiləsi başa çatan kimi Ukrayna tərəfinə Rusiyanın hazırda tamamlamaqda olduğu sənəd layihəsini verməyə hazır olacağıq”, – o deyib.

Xatırladaq ki, əsir mübadiləsi prosesi bir neçə gün davam edəcək. Bu gün Ukrayna və Rusiya 270 hərbçi və 120 mülki şəxs mübadiləsi həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin