Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb

2024/04/661ad-1713046179.jpg
Oxunub: 512     22:23     23 May 2025    
Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb", – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.

“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin