ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb

2025/05/1747717694.jpg
Oxunub: 718     00:09     24 May 2025    
ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmənin çıxardığı müvəqqəti qərar hökumətə Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququ verən sertifikasiyadan məhrum etməyə imkan vermir.

Qeyd edək ki, mayın 22-də "The New York Times" qəzeti Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırdığını yazmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Harvard  


Bizi "telegram"da izləyin