Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Gərgin geosiyasi mühit və Şərqi Avropada müdafiə qabiliyyətinin gücləndirilməsi səyləri fonunda əvvəllər “Mecar” kimi tanınan “KNDS Belgium SA” Ukraynanın Müdafiə Sənayesi Səhmdar Cəmiyyəti “Ukroboronprom”un törəmə şirkətlərindən biri ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
2025-ci il mayın 20-də rəsmi olaraq imzalanmış müqavilə hazırda Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan sovet mənşəli silah sistemlərinə uyğun gələn 30 mm-lik sursatlara xüsusi diqqət yetirməklə, orta çaplı döyüş sursatlarının birgə istehsalına başlamaq məqsədi daşıyır.
“Army Recognition”un məlumatına görə, sözügedən əməkdaşlıq rəsmi olaraq UDI kimi tanınan Ukrayna müdafiə sənayesinin hərbi təchizat zəncirini gücləndirmək və beynəlxalq sənaye tərəfdaşlıqlarını genişləndirmək səylərinin bir hissəsidir.
Sevinc Əliyeva
Ordu.az