ABŞ Estoniyaya “Javelin” tank əleyhinə raketlərinin mümkün satışını təsdiqləyib

2025/05/1747992263.jpg
Oxunub: 543     13:00     24 May 2025    
ABŞ Dövlət Departamenti Estoniyaya “Javelin” tank əleyhinə raketlərinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Pentaqon verdiyi açıqlamada satışın təxmini dəyərinin 296 milyon dollar olduğunu bildirib.

“Təklif edilən satış Estoniyanın hazırkı və gələcək təhdidlərə qarşı çəkindirici qüvvə yaratmaq və NATO əməliyyatlarında iştirak etmək imkanlarını artıracaq”, - deyə Pentaqonun bəyanatında qeyd edilib.

Satışın Estoniyanın milli və regional müdafiə qabiliyyətini inkişaf etdirmək, ABŞ və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədini dəstəkləyəcəyi vurğulanıb.

Layihənin əsas podratçıları Arizonada yerləşən “RTX Corporation” və “Lockheed Martin” tərəfindən yaradılan, Floridada yerləşən “Javelin Joint Venture” olacaq.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışla bağlı rəsmi sertifikat hazırlayıb və Konqresə məlumat verib. Bu bildiriş ABŞ-nin xarici hərbi satış prosedurlarında məcburi bir addımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Estoniya   Javelin  


Bizi "telegram"da izləyin