Ordu.az xəbər verir ki, Slovakiyanın müdafiə və xarici işlər nazirləri Rabatda olub və mərakeşli həmkarları ilə görüşüblər.
Mərakeşin rəsmi xəbər agentliyi MAP-ın məlumatına görə, müdafiə naziri Əbdüllətif Ludi Slovakiyanın müdafiə naziri Robert Kalinak ilə xüsusilə müdafiə sənayesində hərbi əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edib.
Görüş zamanı nazirlər ikitərəfli və regional məsələləri, eləcə də müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Slovakiyalı naziri Mərakeşə səfəri zamanı hərbi nümayəndə heyəti və ölkəsinin müdafiə şirkətinin yüksək vəzifəli şəxsləri müşayiət edib.
Mərakeşin müdafiə naziri Ludi ölkəsinin müdafiə sənayesi sektoruna strateji əhəmiyyət verdiyini və Mərakeşin çoxsaylı təşviqlər sayəsində müdafiə sənayesinə investisiyalar üçün cəlbedici imkanlar təqdim etdiyini bildirib.
Qeyd edək ki, Mərakeş son illərdə avtomobil və təyyarə istehsalı sektorlarında əldə etdiyi uğurun ardınca regional güc olmaq məqsədilə hərbi sənayesini inkişaf etdirmək, daxili tələbatı ödəmək və xarici bazarlara açılmaq istəyir.
Mərakeş bu məqsədlə bir çox ölkə və şirkətlərlə müqavilələr imzalayıb. 2024-cü ilin sentyabrında Hindistanda yerləşən “Tata Group” ilə Mərakeşdə döyüş maşınlarının istehsalı ilə bağlı razılıq əldə edilib.
Sevinc Əliyeva
Ordu.az