İsrail ordusu Livanın cənubunda bir binaya zərbələr endirib

2025/05/1747058407.jpg
Oxunub: 1059     23:24     22 May 2025    
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiya əyalətinin Tul şəhərində bir binaya zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumatına görə, İsrailin pilotsuz təyyarələri yaşayış məntəqəsində patrul uçuşları həyata keçirir.

Bu gün səhər saatlarında İsrail ordusunun sözçüsü Aviçai Edri “X” hesabında bölgədəki yerli sakinlərə təcili evakuasiya çağırışı edib.

O bildirib ki, kənddə yerləşən və təqdim olunan xəritədə qırmızı ilə qeyd etdiyi bina və onun yanında yerləşən binalar “Hizbullah”ın obyektidir.

İsrail ordusu daha sonra həmin binaya zərbələr endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin