Britaniya Çaqos adalarına nəzarətin Mavrikiyə verilməsinə dair saziş imzalayıb

2025/05/Ekran-1747926584.jpg
Oxunub: 524     18:40     22 May 2025    
Böyük Britaniya Çaqos adaları üzərində Mavrikinin suverenliyini tanıyan və adanın təhvil verilməsinə dair saziş imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Keir Starmer bildirib.

Sazişə əsasən, Britaniya strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasına nəzarəti növbəti 99 il özündə saxlayacaq.

Britaniya hərbi bazaya görə Mavrikiyə ildə 101 milyon funt-sterlinq (136 milyon dollar) ödəyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çaqos   Mavriki  


Bizi "telegram"da izləyin