İran dünya birliyini İsrailin təhdidlərinə qarşı tədbirlər görməyə çağırıb

2025/05/1746162378.jpg
Oxunub: 476     17:19     22 May 2025    
Dünya birliyi İsrailin İranın nüvə proqramına qarşı təhdidlərini diqqətsiz qoymamalıdır, əks halda Tehran onu qorumaq üçün xüsusi tədbirlər görməli olacaq.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bu gün “X” sosial şəbəkəsində yazıb.

"BMT-nin baş katibi Antonio Quterreşə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossiyə məktubumda beynəlxalq birliyi İsrailin davam edən təhdidlərinə qarşı effektiv qabaqlayıcı tədbirlər görməyə çağırdım. Əgər buna diqqət yetirilməsə, İran nüvə obyektlərini və materiallarını qorumaq üçün xüsusi tədbirlərə əl atmağa məcbur olacaq", - o qeyd edib.

Əraqçi İranın növbəti addımlarının beynəlxalq qurumların reaksiyasından asılı olacağını dəqiqləşdirib. O, İsrailin İranın nüvə obyektlərinə hücum planları barədə yayılan məlumatların BMT Təhlükəsizlik Şurası və AEBA tərəfindən dərhal pislənməsini tələb etdiyini bildirib.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi general-mayor Əli Məhəmməd Naeini İsrailin hücum edəcəyi halda İran hərbçilərinin layiqli cavab verəcəyinə əmin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin