İsrail Qəzza sakinlərinin bir hissəsinin təxliyəsinə çağırış edib

2025/03/0ffa6-1742276374.jpg
Oxunub: 453     15:59     22 May 2025    
İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsinin sakinlərini cənuba təxliyə etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Adrai sosial şəbəkələrdə bildirib.

"İsrail Müdafiə Ordusu sizin olduğunuz ərazilərdə fəal əməliyyatlar aparır, çünki terror təşkilatları orada öz fəaliyyətlərini davam etdirirlər", - o yazıb.

A.Adrai sakinləri dərhal cənuba təxliyə etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin