İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq edən tövsiyəni qəbul edib

2025/05/1747905317.jpg
Oxunub: 501     18:31     22 May 2025    
İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq edən tövsiyəni qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Koalisiya hökumətinin kiçik partnyoru "Sumar" Alyansının, müxalif "Podemos" və "Kataloniya Umar"ın sözçüsü Veronika Martinez vurğulayıb ki, İspaniya Qəzzada mövcud vəziyyətə görə "müharibə cinayətləri və ya soyqırımı törədən" dövlətlərlə əməkdaşlıq edə bilməz.

"Podemos" lideri İone Belarra isə Nazirlər Şurasını növbədənkənar iclasa çağırıb və embarqo qərarının qüvvəyə minməsi üçün fərman verilməsini tələb edib.

Belarra Qəzzadakı vəziyyəti "21-ci əsrin ən böyük etnik təmizləməsi" adlandırıb. Təklif Respublikaçı Sol (ERC) tərəfindən təqdim olunub. Sağçı Xalq Partiyası (PP) və ifrat sağçı "Vox"dan başqa bütün partiyalar təklifi dəstəkləyib. Səsvermədə 347 deputatdan 176-sı "bəli", 171-i isə "xeyr" deyə səs verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İsrail   Silah  


Bizi "telegram"da izləyin