Ordu.az xəbər verir ki, bu kontekstdə NATO Müttəfiq Transformasiya Komandanlığının (SACT) təşkil etdiyi NATO Multimedia Əməliyyatları Konfransı 2025-ci il mayın 21-22-də Ankarada mühüm toplantıya ev sahibliyi edir.
“Müharibənin gələcəyini araşdırmaq: Əməliyyat sahəsinin formalaşmasında multimedia əməliyyatlarının rolu” mövzusunda keçirilən tədbir alyansın hərbi düşüncəsində transformasiyanı sürətləndirmək məqsədi daşıyır.
İlk konfrans 2022-ci ildə Böyük Britaniyada, ikincisi 2023-cü ildə Danimarkada, üçüncü isə bu il Türkiyənin ev sahibliyi ilə 21 ölkədən 217 iştirakçının iştirakı ilə keçirilib.
Konfransın açılışını Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak edib. Gürak Baş Qərargah olaraq konfransa ev sahibliyi etməkdən məmnun olduqlarını və multimedia əməliyyatlarının gələcək döyüş meydanında əhəmiyyətli təsirlər yaradacağını bildirib.
Konfransda süni zəka, hipersəs, nanotexnologiya və robototexnika kimi texnologiyaların müharibənin mahiyyətini dəyişdirdiyi vurğulanıb, bu texnologiyaların Türkiyə tərəfindən sərhədyanı əməliyyatlarda və multimedia əməliyyatlarında uğurla istifadə edildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az