“CANiK” qapılarını gələcək mühəndislərə açdı

2025/05/1747905166.jpg
Oxunub: 518     17:32     22 May 2025    
“CANiK” gənc mühəndislik namizədlərini ruhlandırmaqda davam edir.

Ordu.az xəbər verir ki, SYS Qrupun gümüş sponsor kimi dəstəklədiyi “Hezarfen” Müdafiə, Aviasiya və Kosmik Texnologiyalar Təlim Düşərgəsi bu il ikinci dəfə Samsunda təşkil olunub.

Düşərgə Türkiyənin hər yerindən seçilmiş uğurlu tələbələri müdafiə sənayesinin aparıcı təşkilatları ilə bir araya gətirib.

Burada Türkiyə Milli Müdafiə Nazirliyi başda olmaqla, ASELSAN, Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ), ROKETSAN, TÜBİTAK UZAY və Türkiyə Kosmik Agentliyi (TUA) kimi sektorun aparıcı strateji qurumları da yer alır.

Türkiyə Milli Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilən layihə Samsun İlkadım Aziz Atik Elm Liseyinin rəhbərliyi ilə təşkil edilib. Tədbirin məqsədi gəncləri müdafiə, aviasiya və kosmik texnologiyalar sahələrində yerli və milli imkanlarla tanış etmək, onlara bu sahələrdə karyera baxışını təmin etməkdir.

Samsunda təşkil edilən düşərgə gənclərə texniki biliklərlə yanaşı, həm də tarixi və mənəvi aidiyyət hissini aşılayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SYS   CANiK  


Bizi "telegram"da izləyin