ARES Sahil Mühafizəsi üçün 16 axtarış-xilasetmə gəmisi istehsal edəcək

2025/05/1747905005.jpg
Oxunub: 450     17:00     22 May 2025    
Antalyada yerləşən ARES Gəmiqayırma Zavodu Türkiyə Sahil Mühafizə Baş İdarəsi ilə imzalanan müqavilə çərçivəsində 16 yeni axtarış-xilasetmə gəmisi inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dövlət qurumları üçün yüksək həcmli istehsalı ilə diqqət çəkən ARES Sahil Mühafizə Komandanlığı və Təhlükəsizlik Baş Müdirliyi üçün inşa edilən 188 ARES35KB tipli qayığın istehsalını 15 gün əvvəl başa çatdırıb.

Verilən açıqlamaya görə, ARES Gəmiqayırma Zavodu 18,50 metr uzunluğundakı ARES 17 SAR axtarış-xilasetmə gəmisini “Türk Lloydu”nun sinif qaydalarına uyğun olaraq alüminium materialdan inşa edəcək.

Axtarış-xilasetmə qayıqlarının məqsədi Türkiyənin dəniz yurisdiksiyası ərazilərində və boğazlarında 7/24 xidmət göstərərək, can, mal, ətraf mühit və dəniz təhlükəsizliyini artırmaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ARES   Sahil-Mühafizə  


Bizi "telegram"da izləyin