Bosniya və Herseqovina “AW-119Kx” helikopterləri alacaq

2025/05/1747904046.jpg
Oxunub: 666     16:31     22 May 2025    
ABŞ Dövlət Departamenti Bosniya və Herseqovinaya “AW-119Kx” helikopterlərinin və müvafiq dəstək xidmətlərinin mümkün Xarici Hərbi Satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, dəyəri 100 milyon dollara qədər ola biləcək sövdələşməyə Bosniya və Herseqovina Silahlı Qüvvələrinin (AFBiH) imkanlarının gücləndirilməsinə yönəlmiş geniş çeşidli avadanlıq və xidmətlər daxildir.

Təklif olunan satış paketinə “AW-119Kx” helikopterləri, təlim, texniki dəstək, ehtiyat hissələri, xüsusi alətlər və yerüstü dəstək avadanlıqları daxildir.

Satış paket, həmçinin sınaq və təsdiqləmə prosedurlarını, logistika xidmətlərini, beş ilədək müddətə ölkədə əməliyyatları və təlim səylərini dəstəkləmək üçün ABŞ personalının yerləşdirilməsini əhatə edir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) görə, bu satış Bosniya və Herseqovinanın bir sıra təhlükəsizlik çağırışlarına, xüsusən də çətin və uzaq ərazilərdə cavab vermək qabiliyyətini artırmaq potensialına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya-Herseqovina   AW-119Kx  


Bizi "telegram"da izləyin