Türkiyə Aİ-nin müdafiə proqramlarına qoşulmağa hazırlaşır

2025/05/2025--1747903901.jpg
Oxunub: 554     15:57     22 May 2025    
Türkiyə etirazlara baxmayaraq, Avropa İttifaqının (Aİ) müdafiə proqramlarına qoşulmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Yunanıstan və Cənubi Kiprin etirazlarına baxmayaraq, Türkiyənin Aİ-nin yeni müdafiə proqramlarında iştirakı irəliləyir.

Bu kontekstdə Yunanıstan mediası yekun qərarın yekdilliklə deyil, Aİ daxilində ixtisaslı səs çoxluğu ilə veriləcəyini bildirir.

Mayın 20-də Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəyə üstüörtülü istinad edərək, bu inkişafa qarşı olduğunu bildirib.

Nazir Brüsseldə Xarici İşlər Şurasının iclasından əvvəl verdiyi açıqlamada bildirib: “Düşmən divarların içərisindədirsə, biz Avropanı müdafiə edə bilmərik”.

Yunanıstanın “Kathimerini” qəzeti qeyd edib ki, Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərinə daxil olması təəccüblü deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə    


Bizi "telegram"da izləyin