Çinin PUA daşıyıcısı “Jiu Tian” səhnəyə çıxır

2025/05/1747725692.jpg
Oxunub: 452     12:01     20 May 2025    
Çinin yüksək hündürlükdə işləmə qabiliyyətli və uzun mənzilli Pilotsuz Uçuş Aparatı (PUA) “Jiu Tian” iyunun sonunda ilk missiyasına çıxacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, PUA Çin Hərbi Hava Qüvvələrinin əməliyyat qabiliyyətini artırmaq məqsədilə hazırlanıb.

Çin dövlət televiziyası açıqlamasında “Jiu Tian”ın ilk uçuşunun tezliklə baş tutacağını təsdiqləyib. Bu uçuş Xalq Azadlıq Ordusu (PLAAF) tərəfindən tətbiq edilməzdən əvvəl bir sıra sınaqların başlanğıcını qeyd edəcək.

“Jiu Tian” 2024-cü ilin noyabrında “Zhuhai” Aviasiya Sərgisində təqdim edilib.

Bu reaktiv mühərrikli, yüksək hündürlükdə işləmə qabiliyyətli və uzun mənzilli PUA 7.000 kilometr (4.350 mil) maksimum mənzilə və 15.000 metr (50.000 fut) maksimum hündürlüyə malikdir. O, 6 tona qədər döyüş sursatı və kiçik PUA-ları daşımaq gücünə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA   Jiu-Tian  


Bizi "telegram"da izləyin