İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifi üzərində düşünür

2025/05/downl-1747725066.jpg
Oxunub: 381     11:05     20 May 2025    
İran nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması məsələsi ilə bağlı ABŞ ilə birbaşa olmayan danışıqların beşinci raundunun vaxtı və yeri barədə təklif alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

"Biz İran və ABŞ arasında birbaşa olmayan danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təklif almışıq. Hazırda həmin təklifə baxılır", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin