Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rusiya təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, “Kh-39” raketinin çəkisi 200 kq-dan artıqdır, 9 milə qədər mənzilə sahibdir və hazırda Rusiya helikopterindən buraxıla bilən tank əleyhinə silahlardan iki dəfə çox çəkiyə malikdir.
Rusiya qüvvələri 2022-ci ildə davam edən müharibə zamanı Ukrayna zirehli avtomobillərini hədəfə alaraq, “Kh-39”dan istifadə etməyə başlayıb.
İlk dəfə 2007-ci ildə “Izdeliye 79” kimi təqdim edilən raketin istehsalı “buraxılış sistemləri”nin olmaması səbəbindən 2009-cu ildə dayandırılıb.
Raketin “Izdeliye 305” adı altında yeni versiyası Rusiya ordusu tərəfindən təşkil edildiyi güman edilən gizli müqavilə əsasında 2012-ci ildə yenidən istehsala başlayıb.
Sevinc Əliyeva
Ordu.az