Çin Kolumbiyaya döyüş təyyarələri təklif edib

2025/05/2025--1747721675.jpg
Oxunub: 869     10:21     20 May 2025    
Çin Latın Amerikası ölkələrindən biri olan Kolumbiyaya 24 ədəd "Chengdu J-10CE" döyüş təyyarəsi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə "Infodefensa" məlumat yayıb.

Məlumata görə, Çin Kolumbiyaya yeni döyüş təyyarəsi təklif edib. Bu çərçivədə Kolumbiya prezidenti Qustavo Petronun Çinə rəsmi səfəri zamanı 24 ədəd J-10CE döyüş təyyarəsinin alınması təklifinin çatdırıldığı iddia edilib. Çinin bu satınalma prosesində maliyyə və ödəniş şərtləri ilə bağlı Kolumbiyaya dəstək təklif edə biləcəyi də bildirilib.

Mövzu ilə bağlı məlumatı olan mənbələrə görə, təyyarənin vahid qiymətinin baza qiyməti olaraq 40 milyon dollardan başlaya biləcəyi qeyd edilib.

Qeyd edək ki, ötən dövrdə Hindistan və Pakistan arasında baş verən qarşıdurmalarda Çin təyyarələri yenidən gündəmə gəlib. Pakistan Müdafiə Nazirliyinin verdiyi son açıqlamaya görə, Hindistanın ən azı 6 döyüş təyyarəsi vurulub. Lakin Pakistan rəsmilərinin açıqlamalarına baxmayaraq, indiyədək 4 təyyarənin vurulması müstəqil mənbələr tərəfindən təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kolumbiya  


Bizi "telegram"da izləyin