Ursula von der Leyen Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyaları açıqlayıb

2024/11/1732696639.jpg
Oxunub: 372     13:21     16 May 2025    
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın atəşkəs təklifini rədd etdi.

Ordu.az-ın xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

“Ukraynanın atəşkəs təklifinə Avropa İttifaqı ilə ABŞ da dəstək verdi. Amma Prezident Putin bu təklifi rədd etdi. Nəhayət, Prezident Putin Ukrayna ilə birbaşa görüş keçirməyi təklif etdi”, - o qeyd edib

Ursula von der Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketinin üzərində işlədiklərini də açıqlayıb: “Bu paketə "Şimal Axını-1" və "Şimal Axını-2"yə qarşı sanksiyalar, "kölgə donanması"na aid daha çox gəminin siyahıya salınması və neftin qiymət fərqinin azaldılması daxildir. Eyni zamanda, Rusiyanın maliyyə sektoruna qarşı daha ciddi maliyyə sanksiyaları tətbiq ediləcək. Çünki biz sülh istəyirik və buna nail olmaq üçün təzyiqləri artırmalıyıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyen   Rusiya  


Bizi "telegram"da izləyin