Tramp: "Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib"

2025/05/1746768021.jpg
Oxunub: 365     13:31     16 May 2025    
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərləri ABŞ iqtisadiyyatına 12-13 trilyon dollar məbləğində investisiya razılaşmaları ilə nəticələnib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bunu Əbu-Dabidə ABŞ və BƏƏ-nin işgüzar dairələrinin nümayəndələrinin görüşündə deyib.

Görüşdə Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd Əl Nəhayyan da iştirak edib.

"Biz təxminən 12-13 trilyon dollarla bağlı razılığa gəldik. Biz artıq məlum olan layihələr sayəsində 12-13 trilyon dollar səviyyəsinə çatdıq, bəziləri haqqında isə çox yaxın zamanda məlumat verəcəyik", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin