Ordu.az xəbər verir ki, Türkiyədə “Denizkurdu-II” təlimi müvəffəqiyyətlə həyata keçirilib.
Təlimi “TCG Anadolu” gəmisindən Türkiyə Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Camal Kadıoğlu izləyib.
General Bayraktaroğlu “Bayraktar TB3” PUA-sının quru hədəflərinə doğru iki salvo atışını dəqiqliklə həyata keçirməsi ilə bağlı aşağıdakı qiymətləndirməni verib:
“Bu gün həqiqətən uğurlu bir təlimə baxdıq. TB3 hadisəsi həqiqətən dünyada bir ilk və son dərəcə gözəl bir hadisədir. Quru Qoşunları Komandanlığı olaraq, bəlkə də dünyada ən çox PUA və zərbə PUA-sına malik Qüvvələr Komandanlığıyıq. Bildirmək istərdim ki, istifadə, idarəetmə və texnologiya baxımından dünyada birinci yerdəyik. “TCG Anadolu” gəmisində TB3-ün ilk qalxma və enməsinin indicə şahidi olduq. İlk partiyanı Quru Qoşunları Komandanlığına aparıb, ən yaxşı şəkildə istifadə edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az