ASELSAN yerli istehsal infraqırmızı detektorların kütləvi istehsalı prosesinə başlayır

2025/05/2025--1747388289.jpg
Oxunub: 466     14:32     16 May 2025    
Türkiyənin ASELSAN şirkəti yerli istehsal infraqırmızı detektorların kütləvi istehsalı prosesinə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın 2024-cü il fəaliyyət hesabatında bildirilib.

Hesabatda ASELSAN-ın detektor sahəsindəki işləri də yer alıb. Bu çərçivədə raket və müşahidə sistemlərində istifadə edilən infraqırmızı sistemlərin ən kritik komponentləri olan soyutmalı infraqırmızı detektor dəstlərinin dizayn prosesinin uğurla tamamlandığı bildirilib. Məhsulların kütləvi istehsalına 2025-ci ildə başlanacağı açıqlanıb.

Hesabatda FELIS 384×288 üçün bildirilib: “Milli raketlərimizdə istifadə edilən infraqırmızı axtarış başlıqlarının ən kritik komponenti olan soyutmalı infraqırmızı detektor dəstlərinin dizayn prosesi uğurla tamamlanıb və 2025-ci ildə kütləvi istehsala başlanacaq”.

Bundan əlavə, TIGRIS 640×512 üzərində işlərin tamamlandığı açıqlanıb. Açıqlamada bu sistemin 2025-ci ildə kütləvi istehsala keçəcəyi paylaşılıb. Sözügedən sistemin kəşfiyyat və müşahidə sistemlərində istifadə edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin