Çin istehsalı olan yeni HHM sistemləri Kambocada nümayiş etdirilib

2025/05/1747386899.jpg
Oxunub: 532     15:20     16 May 2025    
Kambocada Çin istehsalı olan yeni Hava Hücumundan Müdafiə (HHM) sistemləri təqdim edilib.

Ordu.az xəbər verir ki, Kamboca Silahlı Qüvvələri hərbi mərasimdə Çin istehsalı olan “QW-3 Vanguard” portativ HHM sistemlərini (MANPADS) və “TH-S311 Smart Com-Smart Hunter” komanda-nəzarət sistemini öz arsenalına inteqrasiya etdiyini rəsmən elan edib.

Tədbirdə çəkilmiş fotoşəkillərdə həm QW-3 buraxılış qurğuları, həm də TH-S311 sisteminin dəstəkləyici radar və idarəetmə elementləri əks olunub.

Kamboca Silahlı Qüvvələrinin məlumatına görə, QW-3 sistemi ölkənin alçaqdan uçan hava təhlükələrinə, o cümlədən pilotsuz uçuş aparatlarına və qanadlı raketlərə qarşı mübarizə qabiliyyətini artıracaq.

Komanda platforması kimi fəaliyyət göstərən TH-S311 sistemi real vaxt rejimində situasiya xəbərdarlığı və atəşə nəzarəti təmin edərək, koordinasiyalı hədəf əldə etməyə və nişan almağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HHM   Kamboca  


Bizi "telegram"da izləyin