Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib

2025/04/1743705469.jpg
Oxunub: 422     10:26     16 May 2025    
Ukrayna Silahlı Qüvvələrinin bu gün gecə saatlarında hava hücumunun dəf edilməsində iştirak edən F-16 təyyarəsi ilə əlaqəsi kəsilib.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sosial şəbəkələrdəki məlumatına istinadən bildirib.

“Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirdi”, - hərbçilər bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   F-16  


Bizi "telegram"da izləyin