BƏƏ Donald Trampa dövlət ordeni təqdim edib

2025/05/photo-1747372500.jpg
Oxunub: 1276     04:48     16 May 2025    
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ Prezidenti Donald Tramp yüksək dövlət ordeni ilə təltif olunub.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Yeni Şafak” qəzeti yayıb. Bildirilir ki, orden Trampa BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunub.

Təltifin səbəbi kimi Trampın ABŞ ilə BƏƏ arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər göstərilir.

Qeyd edək ki, Tramp bu mükafatı Yaxın Şərqə səfəri çərçivəsində BƏƏ-yə etdiyi rəsmi ziyarət zamanı alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Tramp  


Bizi "telegram"da izləyin