Britaniya və Almaniya yüksək dəqiqlikli silahlar hazırlayacaq

2023/09/2a364-1695991959.jpg
Oxunub: 450     03:24     16 May 2025    
Böyük Britaniya və Almaniya 2000 kilometrdən artıq mənzilli yüksək dəqiqlikli silah sistemlərinin hazırlanmasına dair birgə planlar həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökuməti rəsmi məlumat yayıb.

“Yeni dəqiq zərbə qabiliyyəti – 2000 kilometrə qədər dəqiqliklə – Böyük Britaniyanın bu günə qədər inkişaf etdirdiyi ən qabaqcıl sistemlərdən biri olacaq. Bu silah həm Britaniya ictimaiyyətini qoruyacaq, həm də NATO-nun çəkindirici gücünü və Avropanın müdafiə potensialını gücləndirəcək”, – Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub.

Layihənin icrası ilə bağlı konkret büdcə və zaman çərçivəsi hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu təşəbbüs 2024-cü ildə Böyük Britaniya və Almaniya arasında imzalanmış ikitərəfli müdafiə müqaviləsinə əsaslanır. Həmin razılaşmada Avropanın Ukrayna münaqişəsinin mümkün genişlənməsi fonunda özünü müdafiə qabiliyyətinin artırılmasının vacibliyi vurğulanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Almaniya  


Bizi "telegram"da izləyin