Rubio sabah Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbulda olacaq

2025/03/1741975844.jpg
Oxunub: 744     23:14     15 May 2025    
ABŞ-nin Dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti sabah İstanbulda olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Sözçü bildirib ki, səfər Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarla əlaqədardır.

Bundan əlavə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Rusiya Prezidentinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətləri də görüşlə əlaqədar İstanbulda olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin